DTCF BİRLİK’in hazırladığı Turancılık Bildirisi Azerbaycan basınında şöyle duyuruldu:
Turançılıq tərəfdarlarına müraciət yayıldı
Türkiyədə fəaliyyət göstərən “Dil, Tarix və Coğrafiya Fakültəsi Məzunları” Dərnəyi Turançılıq ideyasının türk milləti, türk ictimaiyyəti üçün önəmini əks etdirən bəyanat yayıblar. Bəyanatda Türk dövlətlərini, təşkilatlarını birliyə, əməkdaşlığa səsləyən fikirlər yer alıb. Eyni zamanda bildirilir ki, bu, Turançılıq ideyasının həyata keçirilməsi üçün də böyük əhəmiyyət daşıyır.
Musavat.com-a göndərilən bəyanatda bildirilir ki, bəzi dairələr Turançılıq ideayasını xəyali düşüncə kimi qələmə verərək, unutdurmağa çalışırlar. Qeyd edilir ki, bu böyük ideya türkün möhtəşəm tarixinin, üzərinə qoyulan məsuliyyətinin əsas mahiyyətidir:
“Turan bir Türk birliyidir. Turançılıq tarixi, ənənəsi, etikası, coğrafiyası, mifologiyası və incəsənəti ilə Türk sivilizasiyasından qidalanan milli düşüncə sistemidir.
Bu gün Turançılığın ilk hədəfi Türk dövlətlərinin sərhədlərini birləşdirmək deyil, siyasət, iqtisadiyyat, ticarət, təhsil və silahlı qüvvələr kimi bir çox həyati əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığı təmin etməkdir.
Turançılıq Türk millətinin birliyini ifadə edir. Dünyada harada bir nəfər də olsa türk varsa, o, həmin yerdə Turan ideyalarının bir təmsilçisidir.
Turançılıq bütün türklərin rifahının, müstəqilliyinin və milli kimliyinin qorunmasını təmin etməyi hədəfləyir. Bu, insani dəyərlərə üstünlük verən bir düşüncədir”.
Bəyanatda həmçinin qeyd edilib ki, Turançılıq heç bir millətə qarşı düşmənçilik məqsədi daşımır: Turançılığı “irqçilik” və ya “irticaçılıq” kimi qələmə verənlər mütləq ya qafil niyyətli və ya şüurlu olaraq Türklüyün düşmənləridir. Turançılıq Türk dövlətləri üçün ola biləcək təhdidlərin qarşısını birlikdə almağı, əməkdaşlıq etməyə məcburi hesab edir. Qarabağ savaşında Türkiyə Azərbaycanla birlikdə hərəkət etdi və işğal olunmuş ərazinin böyük bir hissəsi azad edildi. Bu vəziyyət iki Türk dövləti arasındakı əməkdaşlığın konkret nəticəsidir. Türkçülük və Türk dünyası üçün fəaliyyət göstərən təşkilatlar bir araya gələrək, sağlam düşüncə ilə Turana doğru addımlamalıdırlar,-deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bəyanatı 186 nəfər imzalayıb.
Kaynak: https://musavat.com/news/turanciliq-terefdarlarina-muraciet-yayildi-metn_759080.html
Yorum bulunmamaktadır.